Postsovet ölkələri arasında Ermənistan vətəndaşları Almaniyaya Şengen vizası alınmasında ən çox imtina edilən şəxslərdir. Postsovet ölkələri arasında Ermənistan vətəndaşları Almaniyaya Şengen vizası alınmasında ən çox imtina edilən şəxslərdir.

Almaniyaya viza verilməsi ilə bağlı ən çox ermənilərə “yox” deyilib

Postsovet ölkələri arasında Ermənistan vətəndaşları Almaniyaya Şengen vizası alınmasında ən çox imtina edilən şəxslərdir.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, 2008-ci ildən 2017-ci ilədək Ermənistan vətəndaşları Almaniyaya turist vizaları üçün 120490 müraciət edib və bunların 8,4%-i imtina ilə cavablandırılıb.

Mərkəzi Asiya ölkələri - Özbəkistan və Qırğızıstanda da bənzər vəziyyətdədir. Eyni zamanda qeyd edilir ki, son on ildə Şengen vizası verilməsindən imtina statistikası burada praktiki olaraq dəyişməyib.

Rusiya və Belarus vətəndaşı üşün Almaniyaya turist Şengen vizası əldə etmək asandır. Ən az rədd cavabı məhz onlara verilib. Qurumdan viza verilməsi barədə qərarın Almaniyanın konkret ölkədəki səfirliyi tərəfindən obyektiv kriteriyalar əsasında qəbul edildiyi vurğulanıb.

AzNews.az