BMT (Birləşmiş Millətlər Təşkilatı) Suriya Özəl Təmsilçisi Staffan de Mistura Suriyanın yeni konstitusiyasını hazırlayacaq rəsmi quruma son düzəlişlərin verilməsi üçün sentyabrda İsveçrənin Cenevrə şəhərində Türkiyə, Rusiya və İran arasında görüş təşkil etməyi planlaşdırdığını bildirib. BMT (Birləşmiş Millətlər Təşkilatı) Suriya Özəl Təmsilçisi Staffan de Mistura Suriyanın yeni konstitusiyasını hazırlayacaq rəsmi quruma son düzəlişlərin verilməsi üçün sentyabrda İsveçrənin Cenevrə şəhərində Türkiyə, Rusiya və İran arasında görüş təşkil etməyi planlaşdırdığını bildirib.

BMT üç ölkəni bir yerə toplayır - MÜHÜM GƏLİŞMƏ

BMT (Birləşmiş Millətlər Təşkilatı) Suriya Özəl Təmsilçisi Staffan de Mistura Suriyanın yeni konstitusiyasını hazırlayacaq rəsmi quruma son düzəlişlərin verilməsi üçün sentyabrda İsveçrənin Cenevrə şəhərində Türkiyə, Rusiya və İran arasında görüş təşkil etməyi planlaşdırdığını bildirib.

Aznews.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, ötən həftə üç ölkə arasında iki günlük görüşdə də iştirak etmiş təmsilçi Suriyada Əsəd rejimi və müxalifət nümayəndələrinin də Konstitusiya Komitəsində məsləhət gördükləri şəxslərin adlarının olduğu siyahını qəbul edib.

Rəsmi açıqlamada bildirilib ki, özəl təmsilçi Konstitusiya Komitəsi haqqında veriləcək son qərarlar üçün üç ölkə ilə də sentyabrın əvvəlində Cenevrədə rəsmi müzakirə aparmaq istəyir.

Nurlan Ağa