- Köhnə - Dünya
- 1 Avqust 2018 11:00
- 3 122
Adnan Oktar üç qızın ölümünə səbəb olub?
İstanbul Maliyyə Cinayətləri bölməsinin nümayəndələri tərəfindən Adnan Oktar və qruplaşmasına qarşı başlanmış istintaq nəticəsində dəstənin iç üzü bir daha ortaya çıxır.
Aznews.az “Habertürk”ə istinadən bildirir ki, qruplaşmanın 250 üzvünün verdiyi ifadələrə görə, sirr olaraq qalmış üç intihar hadisəsi polis tərəfindən araşdırılmağa başlanıb.
1988-ci ildə Kadıköy, Qızıltorpaq ərazisində özünü 10-cu mərtəbədə yerləşən evinin balkonundan atmış Nil Kalkavanın istintaqında onun psixolji problemləri olduğu və buna görə intihar etdiyi bildirilib. Maliyyə polisinin araşdırmasında məsələ yenidən qaldırılıb.
1995-ci il Dünya Gözəllik Yarışmasının yarım finalında iştirak etmiş Ahu Paşakay 2002-ci ildə Arnavutköy Xəlil paşa dənizkənarı evində geyim otağında özünü asaraq öldürüb. Təqaüddə olan konsul Qaya Paşakayın qızı Ahunun ölümü də yenidən gündəmə gətirilib.
Polisin araşdırmağa başladığı başqa bir intihar olayı isə 2000-ci ildə Büyükçekmecedeki evində özünü öldürmüş Nuray Tınarın məsələsidir.
Nurlan Ağa