İsveçrə Konfederasiyasının milli bayramı – ölkənin ilk kantonlarının birləşməsinə dair “Rütli andı”nın qəbul edildiyi 1 avqust tarixi bütün ölkə ərazisində böyük təntənə ilə qeyd edilir. Bayramın əsas atributlarından biri isə bələdiyyələr tərəfindən atəşfəşanlıq mərasimlərinin təşkili, yerli əhalinin havaya fişəng atması və qril partilərinin keçirilməsidir. İsveçrə Konfederasiyasının milli bayramı – ölkənin ilk kantonlarının birləşməsinə dair “Rütli andı”nın qəbul edildiyi 1 avqust tarixi bütün ölkə ərazisində böyük təntənə ilə qeyd edilir. Bayramın əsas atributlarından biri isə bələdiyyələr tərəfindən atəşfəşanlıq mərasimlərinin təşkili, yerli əhalinin havaya fişəng atması və qril partilərinin keçirilməsidir.

İsveçrədə qeyri-adi qadağa

İsveçrə Konfederasiyasının milli bayramı – ölkənin ilk kantonlarının birləşməsinə dair “Rütli andı”nın qəbul edildiyi 1 avqust tarixi bütün ölkə ərazisində böyük təntənə ilə qeyd edilir. Bayramın əsas atributlarından biri isə bələdiyyələr tərəfindən atəşfəşanlıq mərasimlərinin təşkili, yerli əhalinin havaya fişəng atması və qril partilərinin keçirilməsidir.

AZƏRTAC xəbər verir ki, Avropa ölkələrində davam edən isti hava şəraiti İsveçrə kantonlarını builki bayramın əsas atributundan imtina etmək məcburiyyəti qarşısında qoyub. Quraqlıq və yüksək temperaturun törətdiyi yanğın təhlükəsini nəzərə alaraq, 13 kantonda bayram atəşfəşanlığının keçirilməsi rəsmi şəkildə qadağan edilib. Rəsmi qurumlarla yanaşı, əksər ərazilərdə vətəndaşların fərdi şəkildə havaya fişəng atması və ocaq qalaması da qadağaya məruz qalıb.

Yerli qəzetlərin apardığı sorğularda isə ölkə əhalisinin əksəriyyəti Ətraf mühit üzrə Federal İdarənin bu qərarını anlayışla qarşılayıb.

Qeyd edək ki, 1291-ci ildə ölkənin ən qədim kantonları – Şvits, Uri və Urvalden arasında “əbədi ittifaqın” bağlandığı, yəni, əfsanəvi “Rütli andı“nın qəbul edildiyi gün İsveçrənin milli bayramıdır. Həmin gün bütün ölkədə xüsusi olaraq atəşfəşanlıq və havaya fişəng atılması, eləcə də ailə və dostlarla qril partiləri ilə qeyd edilir.

AzNews.az