Rahib qalmaqalı: Ərdoğan ABŞ-ın təhdidini heçə saydı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə ev həbsində saxlanılan rahib Andre Bransonun məsələsi ilə bağlı ABŞ-ın mövqeyinə reaksiya verib.

Aznews.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan Bransonla bağlı bildirişdə hər şeyi açıqladıqlarını qeyd edib. O, deyib ki, bizə təhdidlərlə yanaşmaq heç kimə heç nə qazandırmayacaq. ABŞ və NATO-da ən yaxşı mübarizə nümunəsini göstərmiş olduqlarını qeyd etmiş Türkiyə prezidenti hələ də NATO-dakı mövqelərini qoruduqlarını və buna görə də heç bir təhdidin onlara təsir etməyəcəyini bildirib.

Ərdoğan açıqlamasında həmçinin təhdidə qarşılıq vermədiklərini, sadəcə, mövzu ilə bağlı münasibət bildirdiklərini vurğulayıb.

Nurlan AĞA
Aznews.az