Zərif Trampı təhdid etdi

ABŞ prezidenti Donald Tramp Florida ştatı, Tampa şəhərindəki mitinq zamanı İranla rəsmi görüş barəsində yeni açıqlamalar verib.

Aznews.az “sputniknews.com”a istinadən bildirir ki, Tramp mitinqdəki çıxışı zamanı “mənə elə gəlir ki, İran bu yaxınlarda bizimlə danışacaq. Amma bu olmaya da bilər. Bu addım da bizim üçün uyğundur” – deyə, qeyd edib.
Hazırda avqustun 6-dan etibarən Trampın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir. Mitinq zamanı nüvə anlaşmasını “təktərəfli” və “qorxunc” adlandırmış ABŞ prezidenti “Qorxuncdur! Ümid edirəm ki, bu, İrana xeyir verər. İndi onlar həddindən artıq çətinlik çəkirlər” – deyə, bildirib.

Qeyd edək ki, İran ABŞ-la görüş məsələsinə müsbət yöndə baxmır. Bu barədə son rəsmi açıqlamalardan birini İran xarici işlər naziri Məhəmməd Cavad Zərif verib. O, Twitter hesabından yazıb ki, İranla ABŞ iki il görüşüb. Aİ/üç Avropa ölkəsi, Rusiya və Çinlə xüsusi çoxsaylı razılaşmalar əldə edilib. “Bunlar işə yarayırdı. ABŞ müqavilədən çəkilməsi özünün təqsiridir” – deyə, yazmış nazir tvitində təhdidlər, sanksiyalar və PR kampaniyalarının heç bir təsiri olmayacağını da qeyd edib. M.C.Zərif ABŞ-ın iranlılar və beynəlxalq müqavilələrə hörmət bəsləməsini tələb edib.

Nurlan Ağa
Aznews.az