- Köhnə - Dünya
- 2 Avqust 2018 23:32
- 1 220
ABŞ-ın Ohayodakı hərbi bazasında atışma olub

ABŞ-ın Hərbi Hava Qüvvələrinin Ohayo ştatındakı hərbi bazasında - Rayt-Pettersonda atışma olub.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə hərbi bazanın komandanlığı "Twitter"də bildirib.
Bildirilir ki, insident bazanın ərazisindəki qospitalda baş verib. Hadisə yerinə təhlükəsizlik qüvvələri və yanğın xidmətinin əməkdaşları gəlib. Şəxsi heyətə insidentin aradan qaldırılmasına qədər sığınacaq tapmaq məsləhət görülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.