Bu ölkədə internet istifadəçilərinin yazışmalarını nəzarətə götürmək istəyirlər Bu ölkədə internet istifadəçilərinin yazışmalarını nəzarətə götürmək istəyirlər

Ölkədə ``Skype`` həyəcanı

Bu ölkədə internet istifadəçilərinin yazışmalarını nəzarətə götürmək istəyirlər



Səudiyyə Ərəbistanının telekommunikasiya və informasiya texnologiyaları üzrə komissiyası onlayn yazışma proqramlarını hazırlayan şirkətlərə müraciət edərək onlardan istifadəçilərin yazışmalarına çıxış istəyib. Əks halda həmin proqramların istifadəsi qadağan olunacaq.

Komissya üzvlərinin fikrincə, nəzarətsiz yazışmalar ekstremist ideyaların, porno filmlərin yayılmasına, habelə cinayətkar qrupların səylərinin koordinasiyasına xidmət edir. Financial Express isə düşünür ki, bu səbəblər sadəcə yerli mobil operatorların qazancına təhlükə yaradan amillərin aradan götürülməsi üçün lazımdır.

Məlumat üçün bildirək ki, Birləşmiş Ərəb Əmirlikləri bu sahədə daha uzağa gedib. Belə ki, bu ölkədə Skype və Viebr artıq 1 ildir fəaliyyət göstərmir.

AzNews.az