İndoneziyada zəlzələ qurbanlarının sayı 105 nəfərə çatdı

İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 105 nəfərə çatıb, 236 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Agentliyinin nümayəndəsi Sutopo Purvo Naqruhoya istinadla məlumat yayıb.

Avqustun 7-də təşkil edilən mətbuat konfransında S.P.Naqruho bəyan edib ki, bir çox ölkələr, o cümlədən Sinqapur, Malayziya və Avstraliya zəlzələ ilə bağlı İndoneziyaya köməklərini təklif ediblər.

AzNews.az