- Köhnə - Dünya
- 8 Avqust 2018 14:29
- 2 447
İrandan ABŞ-a Zərif cavab
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın yeni sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlama verib.
AzNews.az “Sputniknews”a istinadən bildirir ki, Zərif İran dövlət televiziyasına verdiyi açıqlamada hazırkı müzakirə predmetlərinə baxılmasının vacibliyini qeyd edib və bu vəziyyətdə ABŞ-a necə güvənə biləcəklərini soruşub.
Daim ziqzaq formasında hərəkət edən ABŞ-ın beynəlxalq səviyyədə inamını itirdiyi ilə bağlı fikir bildirmiş nazir bu dəfə fərqli durumun olduğunu, əvvəllər İranın dəstəklənmədiyi halda, indi hər kəsin İranın tərəfində yer aldığını vurğulayıb.
Nurlan AĞA
AzNews.az