ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın iyundakı tarixi görüşündən sonra start götürmüş proseslər durğunluq dövründədir. Rəsmi Vaşinqtonun sanksiyaların tətbiqinə davam etməsi Şimali Koreyanın sərt münasibət göstərməsinə səbəb olub. ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın iyundakı tarixi görüşündən sonra start götürmüş proseslər durğunluq dövründədir. Rəsmi Vaşinqtonun sanksiyaların tətbiqinə davam etməsi Şimali Koreyanın sərt münasibət göstərməsinə səbəb olub.

Trampla Kim Çen In arasında yenidən gərginlik yaranır

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın iyundakı tarixi görüşündən sonra start götürmüş proseslər durğunluq dövründədir. Rəsmi Vaşinqtonun sanksiyaların tətbiqinə davam etməsi Şimali Koreyanın sərt münasibət göstərməsinə səbəb olub.

AzNews.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Şimali Koreya diplomatları bildiriblər ki, ABŞ-ın adından müzakirələr aparan qrup Trampın göstərişlərinin əksinə hərəkət edir.

Rəsmi Pxenyan ABŞ-ın köhnə adətlərini davam etdirməsi durumunda nüvə silahından imtina edilməsi sahəsində heç bir müsbət irəliləyiş əldə edə bilməyəcəklərini açıqlayıb. Şimali Koreya Xarici İşlər nazirliyi açıqlamasında qeyd edib ki, bu vəziyyət qaynanmış yumurtadan cücə çıxmasını gözləmək kimi bir şeydir.

Qeyd edək ki, hazırda həm ABŞ sanksiyaların tətbiqinə, həm də Şimali Koreya nüvə silahı istehsalına davam edir. Şimali Koreyanın bir il əvvəl sınaqdan keçirdiyi qitələrarası ballistik raketlərdən biri ABŞ-ın paytaxtı Vaşinqtonu vurmaq gücünə sahib idi.

Nurlan AĞA
Aznews.az