- Köhnə - Dünya
- 12 Avqust 2018 13:27
- 4 431
Keralada kritik vəziyyət - Ölənlərin sayı durmadan artır (Fotolar)
Hindistanın Kerala əyalətində şiddətli yağışlar gərgin vəziyyətin yaranmasına gətirib çıxarıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, güclü leysan bənd və çayları daşırıb, magistral yolları dağıdıb, evlərin sel-su altında qalmasına səbəb olub.
Nəticədə ölənlərin sayı 30 nəfərə çatıb.
Təxminən 54 min nəfər evsiz-eşiksiz qalıb.
7 avqustun bəri yağan yağışlara görə ölkənin müxtəlif bölgələrində fövqəladə vəziyyət elan edilib.