ABŞ-da Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç arasında görüş baş tutub. ABŞ-da Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç arasında görüş baş tutub.

Ağ Evdən rahib Bransonla bağlı açıqlama

ABŞ-da Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç arasında görüş baş tutub.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Sarah Sanders Bolton və Kılıç arasındakı görüşlə bağlı yazılı açıqlama verib. O, bildirib ki, Bolton və Kılıç bu gün Ağ Evdə görüşüblər. Onlar rahib Branson məsələsi və Türkiyə-ABŞ münasibətlərinin son durumu haqqında danışıblar.

Qeyd edək ki, rahiblə əlaqədar iki ölkənin nümayəndələri arasında əvvəlki həftə də Ağ Evdə görüşlər keçirilib.

Nurlan AĞA
AzNews.az