- Köhnə - Dünya
- 17 Avqust 2018 18:52
- 3 537
Türkiyə tankları Suriya sərhəddində
Türkiyə Silahlı Qüvvələri modernləşdirilmiş hərbi texnikanı Suriya ilə sərhədə toplayır.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, çoxlu sayda M60T tankları sərhədyanı Antakya vilayətinə gətirilib.
Bu texnikanın sərhəd bölgəsindəki hərbi hissələrdə dislokasiya olunacağı məlumat verilib.
Qeyd edək ki, həmin tanklar Türkiyənin “Aselsan” şirkəti tərəfindən modernləşdirilib.