Yəmənin Ərəbistana atdığı raket havada partladılıb

Səudiyyə Ərəbistanının sərhəd kəndi olan Nəcrana raket atışı həyata keçirilib.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, Koalisiya Qüvvələri sözçüsü Türki əl-Maliki açıqlamasında Yəməndəki Husilərin Əmran vilayətindən Səudiyyə Ərəbistanının Nəcran vilayətinə ballistik raket atdıqlarını qeyd edib.

O, atılmış raketin hansısa bir ziyan vurmadan Koalisiya Qüvvələri tərəfindən havada zərərsizləşdirildiyini vurğulayıb.

Əl-Maliki həmçinin İranı da Husilərə dəstək verməsi əsası ilə ittiham edib.

Nurlan AĞA
AzNews.az