Rusiya yeni sualtı silah hazırlayır

Rusiyanın “Tecmash” şirkətinin müdiri Vladimir Lepin yeni nəsil sualtı silah üzərində işlədiklərini açıqlayıb.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, yeni silah sualtı bomba olan “Zagon-2E”dən də dağıdıcı qüvvəyə malik olacaq.

Qeyd edək ki, “Zagon-2E” sualtı və su üzərindəki gəmilərin vurulması üçün istifadə olunur. Həmçinin haqqında bəhs olunan silah 450 metr uzaqlıqdakı hədəfi vura bilir.

Nurlan AĞA,
AzNews.az