- Köhnə - Dünya
- 24 Avqust 2018 11:37
- 5 697
“Time” Trampı batırdı
Əvvəlki vəkili və kampaniya direktorunun məhkəməsindən sonra nüfuzu yerlə-bir olmuş Donald Tramp ard-arda hücumlara məruz qalmağa başlayıb. Prezident bu dəfə Britaniyanın məşhur jurnalı olan “Time”ın hədəfindədir.
AzNews.az xarici mətbuata əsasən bildirir ki, Trampın istefaya göndəriləcəyi ABŞ gündəmini zəbt etdiyi bir vaxtda “Time” jurnalı onun ofisdə suyun içində boğularkən çəkdikləri karikaturasını üz qabığına çıxarıb.
Jurnal Trampın yaşadığı vəziyyəti fotoya etdiyi “dibdə” (“in deep”) şərhi ilə daha da qüvvətləndirib.
Nurlan AĞA
AzNews.az