- Köhnə - Dünya
- 24 Avqust 2018 17:00
- 6 303
Poroşenkonun çıxışına qulaq asa bilmədilər - Ürəkləri getdi
Ukrayna prezidenti Petro Poroşenkonun Kiyevdə çıxışı zamanı fəxri qarovulun əsgəri huşunu itirib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, əsgərə dərhal yardım göstərilib və o, ərazidən uzaqlaşdırılıb. Bundan bir neçə dəqiqə sonra daha bir əsgər huşunu itirib.
Hadisə Ukraynanın Müstəqillik günü münasibəti ilə keçirilən hərbi paradda yaşanıb.
Qeyd edək ki, bu, Poroşenkonun çıxışı zamanı baş verən ilk oxşar olay deyil.
AzNews.az