İranın Məşhəd şəhərində üç yaşayış evi uçub. İranın Məşhəd şəhərində üç yaşayış evi uçub.

İranda bina uçdu: 10 nəfər ölüb

İranın Məşhəd şəhərində üç yaşayış evi uçub.

AzNews.az xəbər verir ki, “Qafqazinfo”-nun məlumatına görə, nəticədə 10 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Binadakı uçquna səbəb su qızdırıcı qazanın partlaması olub.

İnsident zamanı daha 15 qonşu binaya ciddi ziyan dəyib.