ABŞ-dan Rusiyaya xəbərdarlıq: "O ölkəyə zərbə endirəcəyik"

ABŞ prezidenti Donald Trampın müşaviri Con Balton Rusiyanın Təhlükəsizlik naziri Nikolay Patruşevi Vaşinqtonun Suriya hökumətinə güclü bir zərbə endirmək barədə xəbərdarlıq etdi.

AzNews.az-ın məlumatına görə, bu barədə Bloomberq xəbər yayıb.

Rəsmi Vaşinqton Suriya ordusunun terrorçuların idarəsi altında olan əraziləri işğaldan azad edərlən kimyəvi silahlardan istifadə etdiyini iddia edir.

ABŞ-ın da buna daha güclü hərbi əməliyyatlarla cavab verməyə hazır olduğu bildirilir.

Murad Abdulla
AzNews.az