- Köhnə - Dünya
- 26 Avqust 2018 15:01
- 3 084
İranda zəlzələ faciəsi - Yaralıların ardı-arası kəsilmir

Bu gün İranda güclü zəlzələ baş verib.
AzNews.az-ın məlumatına görə, İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Kirmanşah əyalətinin Cavanrud şəhərindən 87,8 km-də qeydə alınıb.
Təbii hadisə zamanı 310 nəfər xəsarət alıb. 2 nəfər isə zəlzələnin qurbanı olub.