- Köhnə - Dünya
- 26 Avqust 2018 17:06
- 5 974
İranda hərbi təyyarə qəzaya uğradı
İranın cənub-qərb əyaləti olan Xuzistan əyalətində təyyarə qəzası qeydə alınıb.
AzNews.az xəbər verir ki, bu barədə İran mətbuatı xəbər yayıb.
F-5 tipli qırıcı təyyarə Xuzistanın Dezful bölgəsində eniş zamanı yerə çaxılıb.
Xəsarət alan və ölənlər barədə hələlik bir məlumat verilməyib.
Murad ABDULLA
AzNews.az