- Köhnə - Dünya
- 27 Avqust 2018 12:50
- 5 151
“Ruslar və ya taciklər ediblər” - Əfqanıstana hava hücumu
Son dəqiqəyə olan məlumata görə, Əfqanıstan-Tacikistan sərhədində partlayış baş verib.
AzNews.az xəbər verir ki, bu haqda “Reuters” informasiya agentliyi məlumat yayıb. Xəbərdə əfqanıstanlı səlahiyyətli nümayəndələrin agentliyə Takhar əyalətində rus, yaxud tacik döyüş təyyarəsi tərəfindən hava hücumunun gerçəkləşdirildiyi ilə bağlı məlumat verdikləri bildirilib.
Hücumun səbəbi olaraq isə iki tacikin Taliban rejimi ilə atışma zamanı həyatını itirməsi göstərilib.
Hücum zamanı Talibanın səkkiz üzvü də öldürülüb.
Nurlan AĞA
AzNews.az