- Köhnə - Dünya
- 27 Avqust 2018 12:59
- 5 349
Canlı yayımda atəş açıldı - Ölənlər var
ABŞ-ın Florida ştatının Ceksonvil şəhərindəki əyləncə mərkəzlərindən birində silahlı hücum baş verib. Kompüter oyunları turları vaxtı təşkil olunmuş hücumda 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Qatil özü isə intihar edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücumu gerçəkləşdirmiş şəxs Baltimordan olan 24 yaşlı Devid Katzdır. Florida polisinin verdiyi məlumata görə, məsələ ilə bağlı Katzdan başqa şübhəli axtarılmır.
Qeyd edək ki, silahlı hücum vaxtı oyunlar Twitter-dən canlı olaraq yayımlanıb. Yayım vaxtı, əvvəlcə, atəş səsləri eşidilib, daha sonra isə insanlar qaçışmağa başlayıblar.
Nurlan AĞA
AzNews.az