ABŞ-da İran sanksiyalarını heçə saymaqla təqsirləndirilən Rza Zərrab haqqında yeni fakt üzə çıxıb. Gözətçi Viktor Kasado Zərrabdan rüşvət aldığını bildirib. ABŞ-da İran sanksiyalarını heçə saymaqla təqsirləndirilən Rza Zərrab haqqında yeni fakt üzə çıxıb. Gözətçi Viktor Kasado Zərrabdan rüşvət aldığını bildirib.

Rza Zərrabla bağlı şok iddia: “50 min dollar rüşvət verib”

ABŞ-da İran sanksiyalarını heçə saymaqla təqsirləndirilən Rza Zərrab haqqında yeni fakt üzə çıxıb. Gözətçi Viktor Kasado Zərrabdan rüşvət aldığını bildirib.

AzNews.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Kasado əvvəl verdiyi “rüşvət almamışam” ifadəsini dəyişərək, Zərrabdan müxtəlif vaxtlarda cəmi 50 min dollara yaxın pul aldığını və onun üçün Metropolitan həbsxanasına gizli şəkildə spirtli içki, mobil telefon, vitamin və s. apardığını etiraf edib.

Qeyd edək ki, Rza Zərrab 2016-cı ilin martında ABŞ-da həbs olunmuş və sonradan haqqında olan iddiaları qəbul etmişdi.

Nurlan AĞA
AzNews.az