- Köhnə - Dünya
- 27 Avqust 2018 13:16
- 4 939
Ərdoğan Tehrana gedir - SON DƏQİQƏ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Tehrana gedir.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son dəqiqəyə olan məlumata görə, ölkə başçısının sentyabrın 7-də Türkiyə, Rusiya və İran arasında zirvə görüşü ilə bağlı İranın paytaxtı Tehrana rəsmi səfərə gedəcəyi bildirilib.
Görüş zamanı Ərdoğanın Putin və Ruhani ilə bir araya gəlməsi ehtimal olunur.
Səfər zamanı Astana prosesi və Suriya məsələsinin gündəmə gətirələcəyi vurğulanıb.
Nurlan AĞA
AzNews.az