- Köhnə - Dünya
- 27 Avqust 2018 14:00
- 6 035
Türkiyədə daha bir təhlükəli terrorçu məhv edildi
Türkiyə təhlükəsizlik qüvvələri ölkənin Ağrı vilayətinin Doğubayazıt bölgəsində daha bir uğurlu antiterror əməliyyatı keçirib. Hərbi Hava Qüvvələrinin qırıcılarının dəqiq atəşi ilə iki təhlükəli terrorçu zərərsizləşdirilib.
Onlardan biri “Tolhildan” ləqəbli Fecri Demirdir.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir sıra ağır cinayətlərdə, o cümlədən terror aktlarının təşkilində və icrasında ittiham olunan Fecri Demir Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu kimi axtarışda olub.
AzNews.az