ABŞ Konqresindən bir heyət Türkiyə Xarici İşlər və Müdafiə Nazirlikləri nümayəndələri ilə görüşüb. ABŞ Konqresindən bir heyət Türkiyə Xarici İşlər və Müdafiə Nazirlikləri nümayəndələri ilə görüşüb.

ABŞ-dan Türkiyəyə “S-400”lərlə bağlı təklif

ABŞ Konqresindən bir heyət Türkiyə Xarici İşlər və Müdafiə Nazirlikləri nümayəndələri ilə görüşüb.

AzNews.az “Yeni Şafak” qəzetinə istinadən bildirir ki, ABŞ heyəti Türkiyənin “S-400”lərdən imtina etməsi durumunda “F-35”lərlə bağlı sanksiyanın aradan qaldırıla biləcəyini deyib.

ABŞ heyəti Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması haqqında çağırışlar səsləndirib. Türk heyəti isə buna qarşılıq olaraq ABŞ Konqresinin Türkiyəyə qarşı mənfi görüşlərinin aradan qaldırılmasını vacib sayıb.

Nurlan AĞA
AzNews.az