- Köhnə - Dünya
- 27 Avqust 2018 19:42
- 6 470
Toyu olan nazir forumda huşunu itirib
Avstriyanın xarici işlər naziri Karin Knaysl Alpbax Avropa Forumu zamanı huşunu itirib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tomass Şnell nazirin dünən illik forum çərçivəsində çıxış edərkən azacıq halsızlaşdığını təsdiqləyib:
"Nazir hoteldə otağında istirahət edir və artıq yaxşılaşmaqdadır".
Bundan əlavə, K.Knayslın mətbuat nümayəndələri ilə avqustun 18-də sahibkar Volfqanq Meylinger toyunda Rusiya prezidenti Vladimir Putinin iştirakı barədə müsahibədən sonra halının pisləşdiyi bildirilir.