- Köhnə - Dünya
- 27 Avqust 2018 20:48
- 6 476
Putini İndiana Consa bənzətdilər - Foto
Rusiya KİV-ləri Rusiya prezidenti Vladimir Putinin istirahətindən fotoları yayıb.
AzNews.az xəbər verir ki, fotoşəkillər avqustun 25-26-da Tuvada çəkilib.
Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, Putin öz sevimli təbii turizmiylə məşğul olurdu:
Putinlə birgə Tuvada müdafiə naziri Sergey Şoyqu və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov da istirahət edib. Onlar birlikdə göbələk axtarıb, təbiətin gözəlliyini seyd ediblər.
Bu fotolar turistik səfərin xronikasından daha çox, Hollivudun macəra filmindən kadrlara bənzəyir. Kovboy şlyapası, gödəkcəsi, ümumilikdə geyim üslubuna görə isə onu İndiana Consa bənzədiblər.




