- Köhnə - Dünya
- 28 Avqust 2018 10:38
- 2 813
“Koçaryan öz əmlakını qorumaq üçün amansız mübarizə aparacaq” - Stepan Səfəryan

“İndiki hakimiyyətdə yığdığı sərvətə təminat verəcək fiqur olmadığı üçün Koçaryan təkbaşına qalıb və itthamlardan canını qurtarmaq, habelə əmlakını qorumaq naminə amansız mübarizə aparır”.
AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloqu, Beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun direktoru Stepan Səfəryan 1-ci informasiya saytına müsahibə verərkən deyib.
Onun sözlərnə görə, Koçaryan 2008-ci ildə hakimiyyəti təhvil verəndə Serj Sərksiyanın ən azı onun iqtisadi imkanlarına dəyməyəcəyinə, habelə siyasi həyatında törətdiyi əməllərinə görə toxunmayacağına əmin olub və 10 il ərzində bu çətir sayəsində kef edib.
“İndi isə Koçaryan tamam başqa bir situasiya ilə üz-üzə qalıb. Yeni hakimiyyətdə ona bu təminatları verən yoxdur. Koçaryanın özünün inkar etməsinə rəğmən yığdığı külli-miqdarda sərvət isə hələ qalır. Əlbəttə, heç kim keçmiş prezidentin bu qədər əmlakı öz adına rəsmiləşdirdiyini düşünəcək qədər axmaq deyil”, - Səfəryan qeyd edib.
Stepan Səfəryan
Səfəryanın fikrincə, Koçaryan digər korrupsioner liderlər kimi öz əmlakını başqalarının adına yatırdığı offşor şirkətlərində saxlayır. “Əgər cəmiyyətin bu məsələdə güclü təzyiqi olsa biz astronomik məbləğlə ölçülən rəqəmlərlə qarşı-qarşıya qalacağıq”, - erməni politoloq sözlərinə əavə edib.
Ermənistanın “Hetq” agentliyinn məlumatına əsasən, Koçaryan və ailəsinin adına olan şirkətlərin sayı-hesabı yoxdur. Buraya müxtəlif banklar, tikinti şirkətləri, mis-molibden mədənləri, tibb və bərpa mərkəzləri, teleşirkətlər, zavodlar, brend mağazalar, yaşayış evləri və Moskvadakı kazino daxildir. Bundan başqa, Koçaryanın Nigeriyada almaz mədənlərinə sahib olduğu barədə xəbərlər gedir.
AzNews.az