- Köhnə - Dünya
- 29 Avqust 2018 12:43
- 5 489
Almaniya küçələri qarışdı - Merkel bəyanat verdi
Şərqi Almaniyanın Xemnitz şəhərində ifrat sağçı qüvvələrlə faşizm əleyhdarı olan qruplar arasında qarşıdurma baş verib. Saksoniya əyalət polisi yaralıların olduğunu açıqlayıb.
AzNews.az BBC-yə istinadən xəbər verir ki, nümayişlər bazar günündə bir alman vətəndaşının bıçaqlanması ilə daha da şiddətlənib.
İlk olaraq etiraz üçün 100 nəfər toplanıb, daha sonra Karl Marksın heykəlinin qarşısına 800 nəfərə qədər nümayişçi gəlib.
Qeyd edək ki, Almaniya hökuməti olayları qınayıb. Federal Kansler Angela Merkel qanundan kənar ədalətə sayğı duymayacaqlarını bildirib.
Nurlan AĞA
Aznews.az