- Köhnə - Dünya
- 28 Avqust 2018 14:00
- 4 636
Güclü zəlzələ Şərqi Timoru silkələdi
Şərqi Timorda 6,2 bal gücündə zəlzələ olub.
AZƏRTAC Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadla xəbər verir ki, yeraltı təkanlar avqustun 28-i səhər saatlarında Kupanq şəhərindən 96 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşir.
Zərərçəkənlər barədə hələ məlumat verilməyib.
Şərqi Timor Demokratik Respublikası İndoneziya yaxınlığında yerləşir.
AzNews.az