- Köhnə - Dünya
- 29 Avqust 2018 11:42
- 4 747
İraqda dəhşət - 21 nəfər öldü
İraqın qərbində Anbar əyalətində partlayış olub. Partlayışda azı 21 nəfər ölüb.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. Terror Əl-Qaim şəhərində, Suriya sərhədi yaxınlığındakı nəzarət-keçid məntəqəsində baş verib.
Partlayıcı yüklənən avtomobil İraq hərbçilərinin yaxınlığında işə düşüb.
Ölkə ərazisində fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
AzNews.az