ABŞ müdafiə naziri Cim Mattis Türkiyə ilə bir çox mövzularda yaxından əlaqə saxladıqlarını bildirib. ABŞ müdafiə naziri Cim Mattis Türkiyə ilə bir çox mövzularda yaxından əlaqə saxladıqlarını bildirib.

ABŞ müdafiə nazirindən açıqlama: Türkiyə ilə...

ABŞ müdafiə naziri Cim Mattis Türkiyə ilə bir çox mövzularda yaxından əlaqə saxladıqlarını bildirib.

AzNews.az “Anadolu Ajansı” informasiya agentliyinə istinadən xəbər verir ki, Mattis Türkiyə ilə bir sıra sahələrdə ortaq işlədiklərini deyib.

“Türkiyənin müdafiə naziri ilə dünən telefonda danışdım. Çox səmimi söhbət etdik. Menbiçdəki vəziyyət də daxil olmaqla, digər məsələlərlə bağlı iş üzərində çalışırıq”, – deyə Cim Mattis vurğulayıb.

ABŞ müdafiə naziri Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemi alması məsələsinə də toxunub. Mattis deyib ki, bu qərar Türkiyəyə aid olsa da ABŞ-ı narahat edir.

Nurlan AĞA
AzNews.az