- Köhnə - Dünya
- 29 Avqust 2018 14:32
- 5 231
Ərdoğandan Zəfər bayramı mesajı: “Bu mücadiləni mütləq qazanacağıq!”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust Zəfər bayramı ilə əlaqədar Türkiyə xalqını təbrik edib.
AzNews.az “Milliyet” qəzetinə istinadən bildirir ki, Ərdoğan Mustafa Kamal Atatürk və Qurtuluş müharibəsinin bütün iştirakçılarını yad edərək bu zəfəri türk xalqına bəxş etmiş şəhidlərə və qazilərə rəhmət diləyib.
O, təbrik mətnində Türkiyə tarixinin Malazgird zəfərindən tutmuş Çanaqqala, "15 iyul" kimi dönüş nöqtələrini də qeyd edib.
Türkiyə prezidenti həmişə olduğu kimi bu gün də ümidini bu ölkəyə bağlamış məzlumlara kömək edəcəklərini dilə gətirib. Ərdoğan Türkiyənin bu özəlliyinin onun zəif nöqtəsi kimi yox, tam əksinə - güc mənbəyi kimi təqdim edib.
Prezident, ölkəsinin indiki dövrdə də yeni zəfərlərə və uğurlara imza atacağına əmin olduğunu bildirib: "Türkiyəyə və Türk millətinə güvənənlərlə birlikdə mütləq bu mücadiləni qazanacağıq", - deyə Ərdoğan vurğulayıb.
Nurlan AĞA
AzNews.az