- Köhnə - Dünya
- 29 Avqust 2018 15:36
- 7 506
Dollar ateistləri məhkəmədə uddu
ABŞ-da bir qrup ateist ölkənin pul vahidi olan dolların üzərində “Biz Allaha inanırıq” yazısı ilə bağlı məhkəməyə müraciət edərək bunun konstitusiyaya zidd olduğunu bildirib.
AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ məhkəməsi 29 ateistin bu iddiasını rədd edib. Buna səbəb isə həmin ifadənin tarixi köklərlə bağlı olduğu irəli sürülüb.
Qeyd edək ki, dolların üzərindəki həmin ifadə 1864-cü ildə ABŞ-da vətəndaş müharibəsi dövründə ortaya çıxıb. “Biz Allaha inanırıq” ifadəsinin pul nişanında öz əksini tapması isə 1960-cı illərə təsadüf edir.
Nurlan AĞA
AzNews.az