Almaniyanın Visbaden şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qalmaqala səbəb olmuş dörd metrlik heykəli götürülüb. Almaniyanın Visbaden şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qalmaqala səbəb olmuş dörd metrlik heykəli götürülüb.

Ərdoğanın Almaniyadakı heykəli götürüldü - Qalmaqalın sonu

Almaniyanın Visbaden şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qalmaqala səbəb olmuş dörd metrlik heykəli götürülüb.

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, Visbaden bələdiyyəsi təhlükəsizlik qüvvələrinin də məsləhəti ilə heykəlin götürüldüyünü açıqlayıb.

Əyalət polisi isə Twitter mikrobloqunda heykəlin götürülmə anının videosunu paylaşıb.

Alman polisinin açıqlamasına görə, Ərdoğanın heykəli önündə toplaşmış tərəfdar və əleyhdarları arasında münaqişələr yarandığı üçün heykəlin götürülməsinə qərar verilib.

Qeyd edək ki, Alman birliyi meydanında qoyulmuş heykəlin burada üç ay qalması planlaşdırılmışdı.

Nurlan AĞA
AzNews.az