Roma Papası müsəlman qızın ayaqlarını yudu və ... öpdü

Roma papası Fransisko İtalya paytaxtı Romada həbsxanada bəzi məhbusların ayaqlarını yuyaraq öpüb





Papanın ayaqlarını yuyaraq öpdüyü dustaqlar arasında bir müsəlman məhbus da olub.

50-yə yaxın məhkumla görüşən Papa aralarında Serbiyadan olan bir müsəlman qızla katolik bir qızın da olduğu 12 gəncin ayaqlarını yuyaraq öpüb.

77 yaşlı Papanın ayaqyuma ayinində müqəddəs torpaqlar hesab edilən İsrail və Fələstinin bəzi şəhərlərindən gətirilən xüsusi parçalarla məhkumların ayaqlarını silib.

Beləliklə də o, ilk dəfə olaraq qadının ayaqlarını yuyan Papa kimi tarixə düşüb. Tarixə görə İsa peyğəmbər də son axşam yeməyində 12 yoldaşı ilə bərabər bir qadının da ayaqlarının yuyub.

Elnarə Əlosmanqızı
Aznews.az