Rusiya, Türkiyə və İran prezidentlərinin Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə üçüncü zirvə toplantısının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyənin Tehrandakı səfiri Rza Xaqan Təkin açıqlamasında Ərdoğan, Putin və Ruhani arasında Suriya məsələsi ilə bağlı keçiriləcək zirvə görüşünün Təbrizdən Tehrana köçürüldüyünü bildirib. Rusiya, Türkiyə və İran prezidentlərinin Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə üçüncü zirvə toplantısının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyənin Tehrandakı səfiri Rza Xaqan Təkin açıqlamasında Ərdoğan, Putin və Ruhani arasında Suriya məsələsi ilə bağlı keçiriləcək zirvə görüşünün Təbrizdən Tehrana köçürüldüyünü bildirib.

Təbrizi niyə Tehrana dəyişdilər? - Politoloq şərhi

Rusiya, Türkiyə və İran prezidentlərinin Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə üçüncü zirvə toplantısının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyənin Tehrandakı səfiri Rza Xaqan Təkin açıqlamasında Ərdoğan, Putin və Ruhani arasında Suriya məsələsi ilə bağlı keçiriləcək zirvə görüşünün Təbrizdən Tehrana köçürüldüyünü bildirib.

Siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzNews.az-a açıqlamasında bildirib ki, dəyişikliyin səbəbləri İranın daxilində baş verən sosial-iqtisadi problemlərlə bağlıdır:

“İranda çox mürəkkəb proseslər gedir. Bir tərəfdən Amerikanın sərt sanksiyaları, digər tərəfdən bu sanksiyaların doğurduğu iqtisadi və sosial vəziyyətin ağırlaşması bu cür nəticələr doğurur. Tehran başda olmaqla, müxtəlif şəhərlərdə sosial şüarlarla küçə yürüşləri keçirilir, istefa çağırışları eşidilir. Təbriz isə İranın çox böyük şəhərlərdən biridir və burada da insanların narahatlığı hiss olunur. Həm təbrizlilərin öz problemləri, işsizlik məsələləri, üstəgəl orada yaşayan azərbaycanlıların tələbləri vəziyyətə ekstra gərginlik qatır. Belə ki, soydaşlarımıza verilən vədlər və sözlər yerinə yetirilmir. Ana dilində təhsil və digər məsələlərlə bağlı problemlər öz həllini tapmır. Ona görə də Tehranda düşünüblər ki, Təbrizdəki toplantı orada yaşayan aktiv azərbaycanlıların daha çox fəallaşmasına yol aça bilər. Sonda yəqin qərara gəliblər ki, ondansa, təhlükəsiz şəraitdə bu tədbiri Tehranda keçirsinlər. Bu qərarın verilməsinin özü də əslində İran hakimiyyətinin qorxusundan xəbər verir. Yəni ədalətli tədbir keçirmədikləri özlərinə də məlumdur. Bu görüşü paytaxtda keçirmələri rəsmi Tehranın əyalətdəki durumdan ehtiyat etdiyini göstərir.”

Pərvanə AĞAZADƏ,
AzNews.az