Ermənistanın “Jamanak” (Zaman-red.) qəzetinin yazdığına görə, daşınmaz əmlak üzrə dövlət kadastra yeni rəhbər təyin olunan Saqrat Petrosyan Vazgen Manukyanın kürəkənidir. Ermənistanın “Jamanak” (Zaman-red.) qəzetinin yazdığına görə, daşınmaz əmlak üzrə dövlət kadastra yeni rəhbər təyin olunan Saqrat Petrosyan Vazgen Manukyanın kürəkənidir.

“Keçmiş korrupsionerlər geri dönürlər” - “JAMANAK”

Ermənistanın “Jamanak” (Zaman-red.) qəzetinin yazdığına görə, daşınmaz əmlak üzrə dövlət kadastra yeni rəhbər təyin olunan Saqrat Petrosyan Vazgen Manukyanın kürəkənidir.

SİA adıçəkilən mətbu orqana istinadən xəbər verir ki, S.Petrosyan kadrlar sisteminə vaxtilə kadastra rəhbərlik etmiş Yervand Zaxaryanın zamanında çalışmış şəxsləri geri qaytarmağa başlayıb.

“Halbuki, həmin adamlar boğaza qədər korrupsiya və rüşvət içində batıblar”, yazan “Jamanak” daha sonra qeyd edir: “Bəlli deyil ki, bu kimi kadrlar siyasəti hansı hədəflərə hesablanıb və bunu kadr aclığı ilə də qiymətləndirmək olar. Lakin məlum olan budur ki, keçmiş korrupsionerlər hətta yeni situasiyada belə, öz iş stillərini dəyişə bilməyəcəklər”.

AzNews.az