- Köhnə - Dünya
- 30 Avqust 2018 16:15
- 7 415
Səudiyyə şahzadəsindən Yəmənə dəhşətli genosid mesajı: “Uşaqları da, qadınları da...”
Səudiyyə Ərəbistanının 2015-ci ilin martından bəri hücum etdiyi Yəməndəki uşaq ölümləri təzədən gündəmə gəlib. Səudiyyə vəliəhdi şahzadə Məhəmməd ibn Salmanın münasibəti isə rezonans doğurub. Onun qadınlar və uşaqları hədəf almaqla bağlı təhdidlər etdiyi irəli sürülüb.
AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, bu haqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Al-Khaleej” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Məhəmməd ibn Salman hərbiçilərə beynəlxalq qınağı nəzərə almamaları və qadın-uşaq qətliamına davam etmələri ilə bağlı yaşıl işıq yandırıb.
Vəliəhd şahzadə “biz Yəmən xalqının psixologiyasında nəsillər boyunca yadda qalacaq iz qoymaq istəyirik. Səudiyyə Ərəbistanının adı gəldiyi vaxt Yəmən uşaqları, qadınları, hətta kişiləri də tir-tir əsməlidirlər”, – deyə qeyd edib.
Nurlan AĞA
AzNews.az