- Köhnə - Dünya
- 31 Avqust 2018 11:24
- 5 108
İsrail prezidentini bu ölkəyə buraxmaq istəmirlər - Səbəb
Cənubi Koreya İsrail prezidentinin bu il yaxud gələn il Seula gözlənilən rəsmi səfərini qəbul etmədiyini bildirib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya İsrail prezidenti Reuven Rivlinin səfərinə qarşı çıxıb. Lakin bu qadağanın səbəbi ilə bağlı münasibət bildirilməyib.
Ehtimala görə, İsrailin qaz platformalarını qorumaq üçün Koreya gəmiləri əvəzinə alman gəmiləri alması diplomatik gərginliyin səbəbi ola bilər.
Digər bir versiyaya görə isə səbəb, İsrailin Şimali və Cənubi Koreya prezidentləri arasındakı zirvə görüşünü təbrik etməməsidir.
Nurlan AĞA
AzNews.az