- Köhnə - Dünya
- 31 Avqust 2018 12:49
- 5 984
Peyğəmbərlə bağlı karikatura yarışı keçirəcəkdi - Qorxudan ləğv etdi
Niderlandın ifrat sağ qüvvələrindən olan Azadlıq partiyasının sədri Gert Vilders tərəfindən keçirilməsi planlaşdırılan “Həzrət Məhəmməd” mövzulu karikatura yarışması ləğv olunub.
AzNews.az “Euronews”a istinadən xəbər verir ki, bu haqda Vilders öz sosial media hesabından paylaşım edib.
O, yarışmanın ləğv olunma səbəbini təhlükəsizliklə əlaqələndirib.
Qeyd edək ki, Niderlandda təşkil olunacaq bu yarışma dünya müsəlmanları tərəfindən təbii olaraq qınaqla qarşılanmışdı.
Nurlan AĞA
AzNews.az