Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib

Gürcüstanın tanınmış aktyor və müğənnisi, 80 yaşlı Vaxtanq Kikabidze Tbilisidəki klinikalardan birinə yerləşdirilib.

Bu barədə jurnalistlər V.Kikabidzenin İosif Kobzonun dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə maraqlandıqda öyrəniblər.

"Heç kim məni dəfn mərasiminə dəvət etməyib. Hazırda xəstəxanadayam", - V.Kikabidze bildirib.

Xatırladaq ki, İ.Kobzonun dəfn mərasimi sentyabrın 2-də keçiriləcək. (Report)