- Köhnə - Dünya
- 31 Avqust 2018 20:24
- 5 229
Donetsk lideri öldürüldü! - Sui-qəsd
Ukraynada birtərəfli müstəqillik elan etmiş Donetsk Xalq Respublikasının prezidenti Aleksandr Zaxarçenkoya sui-qəsd təşkil olunub. 42 yaşlı lider partlayış nəticəsində vəfat edib.
AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Zaxarçenko Separ kafesində təşkil olunmuş partlayışda həyatını itirib. Qondarma respublikanın "maliyyə və vergilər naziri" Aleksandr Timofeyev isə yaralanıb.
Partlayış səbəbilə ölü və yaralıların sayı 11-ə çatıb. Hadisədən sonra fövqəladə vəziyyət elan olunub. Qatillərin axtarışı üçün Rusiya və Ukrayna sərhədləri bağlanıb.
Qondarma "DXR Prezident Aparatı"nın sözçüsü Alyona Alekseyeva isə sui-qəsdi təşkil edənlərin Ukrayna Təhlükəsizlik Xidməti olduğunu bildirib.
AzNews.az