- Köhnə - Dünya
- 2 Sentyabr 2018 09:09
- 8 278
Yaponiyanın baş naziri Kim Çen Inla görüşmək istəyir
Yaponiya ABŞ-KXDR sammiti fonunda öz növbəsində Pxenyanla etibarlı münasibətlərin qurulmasında irəliləyiş əldə etmək istəyir.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Sindzo Abe "Sankei" qəzetinə müsahibəsində deyib.
Abe bildirib: "Mən ABŞ və Şimali Koreyanın sammitindən sonra Yaponiya və Şimali Koreya arasında inamsızlığa son qoymaq üçün addım atmaq istərdim".
Abe qeyd edib ki, Kim Çen Inla görüşməlidir və danışıqların saxlanılan yapon vətəndaşlarının azad olması məsələsinə tövhə verməsinə nail olmalıdır.
AzNews.az