- Köhnə - Dünya
- 2 Sentyabr 2018 09:27
- 4 735
ABŞ-da daha bir atışma - Ölən var
Klivlend şəhərinin (Ohayo ştatı) gecə klublarının birindən odlu silahdan atəş açılması nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, insident gecə saatlarında qeydə alınıb. Hadisə yerinə gələn polis əməkdaşları səkkiz nəfərin yaralandığını aşkarlayıblar. Başından yaralanmış 28 yaşındakı qadın sonradan xəstəxanada ölüb. 19-53 yaş arasında olan digər yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hakimiyyət orqanları atəş açanın kimliyi və insidentin motivləri barədə məlumat verməyiblər. Hələlik həbs olunanlar yoxdur.
AzNews.az