- Köhnə - Dünya
- 2 Sentyabr 2018 12:23
- 3 035
Terrorçular hərbi bazaya hücum etdilər - 30 nəfəri öldürdülər
"Boko Haram" radikal islamçı qruplaşması Nigeriyanın Borno ştatında hərbi bazaya hücum edib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 30 Nigeriya hərbçisi həlak olub, çox sayda yaralanan var.
Nigeriya ordusunun nümayəndəsi bildirib ki, qruplaşmanın üzvləri və hərbçilər arasında atışma nəticəsində bir neçə terrorçu məhv edilib və çox sayda silah götürülüb.
AzNews.az