“Arinç mall” ticarət mərkəzinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib. “Arinç mall” ticarət mərkəzinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib.

Ermənistanda hökümətə qarşı yeni etiraz başlayıb

“Arinç mall” ticarət mərkəzinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, onlar idxal olunan geyimlərə xidmət haqqının artırılmasına etiraz edirlər.

Bildirilib ki, Ermənistanın gömrük sərhəd məntəqəsində idxal olunan xarici geyimlərin hər kiloqramına 2 dollardan çox rüsum alınır. İndiyədək hər kq üçün 2 dollar rüsum təşkil edib, hazırda bu rəqəm 3 dollaradək qaldırılıb.

“İnqilabdan sonra bu rüsumun 70 sent olacağını düşünürdük. Ancaq əksinə, qiymət 4,80 dollaradək qalxdı”, - deyə “Həmrəylik” ictimai təşkilatının başçısı Armen Nersisyan bildirib. O, hökumətdən məsələyə yenidən baxılmasını tələb ediklərini vurğulayıb.

AzNews.az